Luis Hamilton Qəzza ilə bağlı çağırış etdi | Icma.az
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Formula 1” komandası Ferrarinin Böyük Britaniyalı pilotu Luis Hamilton Qəzzaya dəstək məqsədilə İordaniyaya səfər edib.
"Cebheinfo.az" xəbər verir ki, Luis Hamilton sosial media platforması “Instagram” hesabında etdiyi paylaşımda İordaniyada həyata keçirdiyi səfərlə bağlı fotoşəkillər və fikirlərinə yer verib.
O bildirib ki, İordaniyada Qəzzadakı insanlara yardım etməyə həsr olunmuş bir xəstəxananı və yardım paketləmə müəssisəsini ziyarət etdiyim müddət həyatı tamamən dəyişib: “Sahədə baş verənləri görəndə ümidsizliyə qapılmaq və kömək etmək üçün heç nə edə bilməyəcəyimizi düşünmək çox asandır.
Ziyarətimdən sonra yaddaşımda qalacaq hissin ümidsizlik olacağını düşünürdüm, amma belə olmadı.
Ən çox hiss etdiyim şey dözümlülük və insanlıq ruhu idi. Həyatda qalmaq üçün mübarizə aparan ailələrin ruhu.
Britaniya Qızıl Xaçı, İordaniya və Fələstin Qızıl Aypara komandalarının yardımı çatdırmaq üçün əllərindən gələni etmə əzmi.
Hamımız onların dözümlülüyündən və ehtiyacı olanlara kömək etmək qətiyyətindən nümunə götürə bilərik”.
Tam oxu
Xəbəri oxu