Lüis Hemilton Formula 1 Qran prisinin qalibi olub

14.06.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

"Ferrari"nin britaniyalı pilotu Lüis Hemilton 2026-cı il "Formula-1" üzrə dünya çempionatının yeddinci mərhələsi olan Barselona-Kataloniya Qran-prisinin qalibi olub.

"Report"un məlumatına görə, britaniyalı Corc Rassel ("Mercedes") ikinci yeri tutub. "Mercedes" komandasının britaniyalı pilotu Corc Rassel isə üçüncü olub.

Yeddiqat dünya çempionu Hemilton "Mercedes"dən "Ferrari"yə keçdikdən sonra ilk qələbəsini qazanıb. Ötən mövsüm britaniyalı podiuma çıxa bilməyib, lakin cari çempionatda iki dəfə ikinci, bir dəfə isə üçüncü olub.

Qırx bir yaşlı pilot "Formula-1"də qələbələr (106), podiumlar (206) və poul mövqeləri (104) üzrə rekordçu olaraq qalır.

"Mercedes"in italiyalı sürücüsü Kimi Antonelli Barselonada yarışı bitirə bilməməsinə baxmayaraq 156 xalla liderliyi qoruyur. L.Hemilton ikinci (115), C.Rassell üçüncü (106) sırada qərarlaşıb. Konstruktorlar Kubokunda "Mercedes" (262 xal), ardınca "Ferrari" (190) və "Maklaren" (141) liderlik edir.

Çempionatın səkkizinci mərhələsi iyunun 26-dan 28-dək Avstriyada keçiriləcək.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью