Luis Paçu və Əli Səmədov mövsümün son qərb derbisində iştirak etməyəcəklər

20.05.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

"Kəpəz" klubunun iki futbolçusu mövsümü başa vurub. Spor24.az xəbər verir ki, bunlar hücumçu Luis Paçu və yarımmüdafiəçi Əli Səmədovdur.
Hər iki oyunçu Misli Premyer Liqasının 35-ci turunda "Qarabağ"a uduzduqları matçda sarı vərəqə alaraq cəzalı duruma düşüblər.
Əli Səmədov cari mövsümdə 8-ci, Luis Paçu isə 4-cü dəfə bu halla üzləşib. Onlar 36-cı-sonuncu turda "Turan Tovuz"la səfərdə görüşdə meydana çıxmayacaqlar.
Qeyd edək ki, mayın 25-də baş tutacaq "Turan Tovuz" - "Kəpəz" oyunu saat 17:00-da başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью