Luis Rubiales futbola qayıdır: Qadağa müddəti başa çatır

10.11.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Cinsi təcavüzdə təqsirli bilinərək məhkəmə tərəfindən cəzalandırılmazdan əvvəl, İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş prezidenti Luis Rubiales 2023-cü ildə FIFA tərəfindən üç il müddətinə futboldan uzaqlaşdırılmışdı.

İdman.Biz xəbər verir ki, gələn həftənin çərşənbə axşamından etibarən 49 yaşlı keçmiş funksioner rəsmi olaraq yenidən futbol sahəsində fəaliyyət göstərmək hüququ əldə edəcək.

Xatırladaq ki, 2023-cü il Qadınlararası Dünya Çempionatının mükafatlandırma mərasimində futbolçu Cenni Ermosonu icazəsiz öpdüyünə görə böyük qalmaqalla vəzifəsindən kənarlaşdırılan Rubiales, idmandan uzaq qaldığı bu dövrdə əsasən hüquqi çəkişmələr və məhkəmə prosesləri ilə gündəmə gəlib.

Məlumatda həmçinin bildirilir ki, cəza müddəti bitsə də, onun yenidən idman idarəçiliyinə hansı formada qayıdacağı və ya ümumiyyətlə futbol dünyasında yenidən yer tapa biləcəyi hələ ki sual altındadır.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью