Luis Suares 39 yaşında Uruqvay millisinə qayıda bilər

11.08.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 11 avqust, AZƏRTAC

ABŞ-nin “İnter Mayami” klubunda çıxış edən 39 yaşlı futbolçu Luis Suares yenidən Uruqvay millisinə dəvət ala bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə yığmada baş məşqçinin səlahiyyətlərini icra edən Dieqo Forlan “TyC Sports”a açıqlamasında deyib.

Mütəxəssis bildirib ki, Suares kimi təcrübəli hücumçu milli komanda üçün faydalı olar: “Onun milliyə qayıdışına isti yanaşıram. Yenidən yığmaya çağırıla bilər, çünki uruqvaylıdır. Belə təcrübəyə və qol vurmaq bacarığına malik bir oyunçu komanda üçün çox faydalı olardı. Suares bunu MLS-də hər həftəsonu sübut edir. Məncə, heç kim onun necə oyunçu olduğu ilə bağlı mübahisə etməz. Futbolçuları qiymətləndirərkən ilk növbədə onların oyun keyfiyyətlərinə, meydandakı davranışlarına və peşəkarlıqlarına baxıram. Bunlar çox vacib amillərdir. Bütün uruqvaylı oyunçular milli komandaya dəvət ala bilərlər”.

Qeyd edək ki, Luis Suares 2026-cı ildə ABŞ çempionatında keçirdiyi 14 matçda 10 qol vurub və 2 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью