Luis Suares İnter Mayami ilə müqaviləsini uzatdı

28.11.2024

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Uruqvaylı hücumçu Luis Suares ABŞ-ın "İnter Mayami" klubu ilə müqaviləsini uzadıb.

Lent.az xəbər verir ki, klubun mətbuat xidmətinin açıqlamasına görə, yeni müqavilə 2025-ci ilin sonuna qədər qüvvədədir.

37 yaşlı futbolçu 2024-cü ilin əvvəlində azad agent kimi "İnter Mayami"yə keçib. Uruqvaylı Amerika klubunda 37 oyun keçirib, 25 qol vurub və 12 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью