Luis Suares “Liverpul”a transfer ola bilər

31.03.2026

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


“Sportinq”in mərkəz hücumçusu Luis Suares mövsümün sonunda klubunu dəyişə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Correio da Manh” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, “Liverpul” 28 yaşlı kolumbiyalı futbolçu ilə maraqlanır.
Həmçinin, “Nyukasl”ın da Suareslə maraqlandığı bildirilir.  
Lissabon klubu hücumçu ilə yollarını ayırmağı istisna etməsə də, onu ən azı 2026-cı il Dünya Kubokuna qədər komandada saxlayacağına ümid edir.
Qeyd edək ki, Suares 2025-ci ilin yayında “Almeriya”dan 22,95 milyon avroya “Sportinq”ə keçib. Hücumçu bu mövsüm məhsuldar oyun nümayiş etdirib. O, 42 oyunda 33 qol vurub və 6 məhsuldar ötürmə edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью