Luiz Enrike: “Bu məğlubiyyət heç ədalətli deyil”

06.03.2025

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Ötən gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunları keçirilib.

Apasport.az xəbər verir ki, PSJ doğma azarkeşləri qarşısında "Liverpul"a 0:1 hesabı ilə məğlub olub.

Fransa təmsilçisinin baş məşqçisi Luiz Enrike mətbuat konfransında bir sıra açıqlamalar verib:

"Bu nəticə heç ədalətli deyil. Çempionlar Liqasında bu mövsümkü ən kompakt oyunumuzu keçirdik. Rəqibin qapıçısını təbrik edirəm. Bircə o yaxşı çıxış etdi. Görüş ərzində "Liverpul"dan çox üstün idik".

Qeyd edək ki, bu komandaların cavab matçı martın 12-də baş tutacaq.

Millimizin üzvü oynamadı, komandası məğlub oldu Leao Premyer Liqa yolunda Joze Mourinyo: "Şotlandiyaya gedəcəyim üçün xoşbəxtəm" "Reyncers"lə matçdan öncə "Fənərbaxça"da 2 itki Super Liqada növbəti baş məşqçi ayrılığı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью