Luiz İnasio Lula: Maduro Venesuelanın problemidir

12.11.2024

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Braziliya prezidenti Luiz İnasio Lula da Silva Venesuela prezidenti Nikolas Maduro ilə bağlı açıqlama verib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, o, açıqlamasında bildirib ki, Maduro Venesuelanın daxili problemidir: 

"Digər ölkələr və liderlərlə gərginlik yaşadığımız zaman münasibətlərimizdə çox diqqətli olmalıyıq. Düşünürəm ki, Maduro bizim deyil, Venesuelanın problemidir. Mən narahat olmağa davam edə bilmərəm".

Lula da Silva xalqlarına rifah arzuladıqlarını bildirərək, heç bir ölkə ilə problemli siyasət yürütmək istəmədiklərini də əlavə edib.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью