Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İngiltərənin “Mançester Yunayted” futbol klubu müdafiəçi Luk Şou ilə müqaviləni yeniləmək niyyətində deyil.
İdman.Biz xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat verib.
O, 31 yaşlı futbolçunun 2027-ci ilin yayında Mançester təmsilçisindən ayrılmasının gözlənildiyini bildirib.
Romanonun sözlərinə görə, klub rəhbərliyi artıq Şou ilə yolları ayırmaq variantını ciddi şəkildə nəzərdən keçirir. Bu ssenari kifayət qədər real qiymətləndirilir.
Qeyd edək ki, Luk Şou 2014-cü ildən “Mançester Yunayted”də çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır. Beləliklə, müdafiəçinin komandadakı 12 illik karyerası cari mövsümün sonunda yekunlaşa bilər.