Luka Modriç 1111 i geridə qoyaraq, ilk 10 luğ a daxil olub

02.07.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Klublararası dünya çempionatında "Real" "Yuventus"a 1:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.

İdman.biz xəbər verir ki, "Only Stats"ın məlumatına görə, Madrid klubunun heyətində 78-ci dəqiqədə meydana çıxan Luka Modriç üçün bu oyun karyerasında 1112-ci olub.

Xorvatiyalı futbolçu bu göstəricidə braziliyalı Roberto Karlosu (1111 oyun) geridə qoyaraq bütün dövrlər ərzində futbolçular arasında 10-cu yerdə qərarlaşıb.

Modriç klub mundialının 1/4 finalında Dortmund "Borussiya"sına qarşı oyunda da meydana çıxsa, o zaman 9-cu yerdəki Marselinyo Paraibaya çatacaq.

Peşəkar karyerasında ən çox oyun keçirən 10 futbolçu:

1364 – Peter Şilton (İngiltərə)
1361 – Fabio Lopes (Braziliya)
1281 – Kriştiano Ronaldo (Portuqaliya)
1233 – Rojerio Seni (Braziliya)
1177 – Tommi Hatçison (Şotlandiya)
1151 – Canluici Buffon (İtaliya)
1137 – Pol Bestok (İngiltərə)
1132 – Yasuhito Endo (Yaponiya)
1113 – Marselinyo Paraiba (Braziliya)
1112 – Luka Modriç (Xorvatiya)

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью