Luka Modriç karyerasını bitirəcəyi vaxtı açıqlayıb AZƏRTAC

26.12.2024

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 26 dekabr, AZƏRTAC

İspaniyanın “Real Madrid” komandasının futbolçusu Luka Modriç karyerasını bitirmək qərarına gəlib.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi bu mövsümün sonunda peşəkar futbolla vidalaşacaq.

39 yaşlı futbolçunun qərarına dostu və keçmiş komanda yoldaşı Toni Krossun karyerasını başa vurması təsir edib.

Qeyd edək ki, Luka Modriç davam edən mövsümdə “kral klubu”nun heyətində 25 matçda 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2018-ci ildə “Qızıl top” mükafatının sahibi olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью