Luka Modriç karyerasını bu tarixdə bitirəcək

26.12.2024

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İspaniyanın “Real Madrid” komandasının futbolçusu Luka Modriç karyerasını bitirmək qərarına gəlib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi bu mövsümün sonunda peşəkar futbolla vidalaşacaq.
39 yaşlı futbolçunun qərarına dostu və keçmiş komanda yoldaşı Toni Krossun karyerasını başa vurması təsir edib.
Qeyd edək ki, Luka Modriç davam edən mövsümdə “kral klubu”nun heyətində 25 matçda 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2018-ci ildə “Qızıl top” mükafatının sahibi olub.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью