Luka Modriç tarixə düşüb İdman və Biz

04.01.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Luka Modriç “Real”ın tarixinə düşüb.

İdman.biz xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi Madrid klubunda qol vuran ən yaşlı futbolçu olub.

O, La Liqanın XII turundan təxirə salınan matçında “Valensiya”nın (2:1) qapısına yol tapıb. Luka 39 yaş 116 günlüyündə fərqlənib. O, 1966-cı ildə 39 yaş 15 günlüyündə “Real”da qol vuran əfsanəvi Ferens Puşkaşın rekordunu qırıb.

Bu matç Lukanın “Real”da 561-ci oyunu olub. O, bununla da klub tarixində ən çox görüşə çıxan 10 futbolçusu sırasına qoşulub.

Qeyd edək ki, “Valensiya” ilə matçın 80-ci dəqiqəsində meydana çıxan Luka 5 dəqiqə sonra qol sevinci yaşayıb.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью