Luka Modriç Uels klubunun sahiblərindən biri olacaq

14.04.2025

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

İspaniyanın "Real" (Madrid) və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç İngiltərənin Çempionşip təmsilçisi "Suonsi"nin sahiblərindən biri olacaq.

Bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında yazıb.

Mənbənin sözlərinə görə, artıq sövdələşmə razılaşdırılıb və 39 yaşlı futbolçu Uels klubunun sahiblərindən birinə çevriləcək.

Sözgüedən müqavilə Modriçin "Real"dakı çıxışına təsir göstərməyəcək və o, peşəkar karyerasına davam edəcək.

Qeyd edək ki, "Suonsi" Çempionşipdə 54 xalla 12-ci sırada yer alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью