Luka Modriç və İvan Perişiç cütü rekorda imza atıb

19.11.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Luka Modriç və İvan Perişiç Xorvatiya millisində 119-cu oyuna çıxıblar. Onlar 2011-ci ildən milli komandada birgə çıxış edirlər.

Oxu.Az xəbər verir ki, xorvatiyalı ulduzlar Estoniya millisində 118 dəfə komanda yoldaşı olan Martin Reyna və Marko Kristalın rekordunu geridə qoyublar.

İlk üçlüyü İspaniya yığmasında 117 qarşılaşmada çiyin-çiyinə oynayan Serxio Ramosla Andres İnyesta qapayırlar.

Qeyd edək ki, Avropa futbolunda 26 cüt 100 və ya daha çox matçda birgə forma geyinib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью