Luka Modriçdən vida paylaşımı Santyaqo Bernabeu da son oyunumu keçirəcəm

22.05.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Luka Modriç mövsümün sonunda "Real"ı tərk edəcəyini açıqlayıb.

İdman.biz xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

"Əziz "Real"ın azarkeşləri, vaxt çatıb. O andır ki, bunu heç vaxt istəməmişəm, amma bu futboldur. Həyatda başlanğıc olduğu kimi son da var. Şənbə günü "Santyaqo Bernabeu"da son oyunumu keçirəcəm", - deyə Modriç paylaşımında yazıb.

Qeyd edək ki, 2012-ci ildən Madrid klubunda çıxış edən Luka 4 dəfə İspaniya çempionu, 6 dəfə Çempionlar Liqası titullarını qazanıb. O, 2018-ci ildə "Qızıl top" mükafatona layiq görülüb.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью