Luka Modriçin İtaliya nəhənginə keçidi rəsmiləşdi

14.07.2025

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Real Madrid"in əfsanəvi oyunçusu Luka Modriçin yeni komandası müəyyənləşib.

Fanat.Az xəbər verir ki, İspaniya nəhəngindən ayrılan xorvatiyalı ulduz "Milan"a keçib.

Bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

40 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Luka Modriç 2012-ci ildən "Real Madrid"də çıxış edirdi. O, 28 kubokla "kral klubu" tarixinin ən titullu futbolçusudur.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью