Luka Modriçin karyerasını başa vuracağı klub bəlli olub

19.11.2024

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Xorvatiya millisinin və İspaniyanın "Real Madrid" komandasının yarımmüdafiəçisi Luka Modriç karyerasını "Dinamo Zaqreb"də başa vuracaq.

Oxu.Az xəbər verir ki, 39 yaşlı futbolçu "kral klubu" ilə müqaviləsini yeniləməyəcəyi təqdirdə, ölkəsinə qayıdacaq. O, sabiq klubu "Dinamo Zaqreb"də ən azı bir il peşəkar səviyyədə çıxış etmək istəyir.

Modriç "Dinamo Zaqreb"də bir il çıxış etdikdən sonra karyerasını başa vuracaq.

Xorvatiya təmsilçisinin baş məşqçisi Nenad Byelitsa Modriç kimi futbolçuya qapılarının hər zaman açıq olduğunu bildirib.

Qeyd edək ki, karyerası ərzində indiyədək 807 rəsmi matçda iştirak edən L.Modriç 86 qol və 134 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью