Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq. Trans-Adriatik Qaz Boru Kəməri (TAP) boru kəmərinin monitorinqi üçün süni intellekt, dron və
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "TAP AG"nin idarəedici direktoru Luka Şippati 30-cu Bakı Enerji Forumu zamanı bildirib
"Yüksək sənaye standartlarını qorumaq məqsədilə innovativ həllər tətbiq etmək bizim üçün son dərəcə vacibdir.
Biz Albaniyada geotəhlükəli zonalara real vaxt rejimində nəzarət etmək üçün fiber-optik monitorinq sistemindən, həmçinin zəlzələ halları ilə bağlı seysmik monitorinq sistemindən istifadə edirik", - L.Şippati qeyd edib.
O vurğulayıb ki, TAP boru kəmərinin istismarının etibarlılığını artırmaq üçün qabaqcıl texnologiyalardan fəal şəkildə istifadə edir.
"Biz boru kəmərinin mövcud vəziyyətini daha yaxşı anlamaq və onun bütövlüyünü təmin etmək üçün süni intellekt və maşın öyrənməsi ilə birlikdə dronlar və peyk məlumatlarından istifadə edirik.
Həmçinin TAP marşrutu boyunca istənilən potensial riskləri operativ qiymətləndirməyə imkan verən sızma aşkarlama sistemimiz də var", - "TAP AG"nin rəhbəri bildirib.
Bundan əlavə, onun sözlərinə görə, TAP dispetçer heyətinin hazırlanması üçün virtual simulyatordan, texniki və mühəndislik işlərinin aparılması üçün icazələrin alınması məqsədilə isə elektron platformadan istifadə edir.