Lukakı Napolidən ayrılmaq istəyir

30.03.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Belçikalı futbolçu Romelu Lukaku İtaliyanın "Napoli" klubundan ayrılmaq istəyir.

Bakıvaxtı.az-ın məlumatına görə, təcrübəli hücumçu bu barədə Neapol təmsilçisinin rəhbərliyini məlumatlandırıb.

Forvard bu il keçiriləcək dünya çempionatından sonra komanda ilə vidalaşmaq niyyətindədir.

Xatırladaq ki, Lukaku ciddi zədə aldığı üçün uzun müddət meydana çıxa bilməyib. O, bu mövsüm yeddi oyunda (64 dəqiqə) bir qolla yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью