Lukaku ilk 5 liyə yüksəldi

10.06.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Belçika milli komandasının hücumçusu Romelu Lukaku milli komandalar arasında bombardirlər siyahısında dünyada beşinci yerə yüksəlib. 

QOL.az xəbər verir ki, o, 2026-cı il dünya çempionatının Avropa təsnifat mərhələsinin 4-cü turunda Uelsə qarşı keçirilən oyunda (4:3) 89-cu dəqiqədə penalti zərbəsindən fərqlənib. 

Bununla da futbolçunun Belçika yığmasında vurduğu qolların sayı 89-a çatıb. Bu göstərici ilə 32 yaşlı oyunçu millidə vurulan qollar baxımından dünya üzrə beşinci yerə yüksəlib və Malayziya futbolçusu Moxtar Dahari ilə eyni göstəriciyə sahib olub.

Milli komandalar tarixində ən yaxşı bombardir Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldodur — onun hesabında 138 qol var.

Dünyanın milli komandalar üzrə ən yaxşı bombardirləri:

Kriştiano Ronaldo (Portuqaliya) — 138 qol, 221 oyun

Lionel Messi (Argentina) — 112 qol, 192 oyun

Ali Daei (İran) — 108 qol, 148 oyun

Sunil Çhetri (Hindistan) — 95 qol, 154 oyun

Romelu Lukaku (Belçika) — 89 qol, 124 oyun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью