Lukaku Napoli dən ayrılacaq, sabiq komandasına geri dönəcək

03.04.2025

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

“Napoli”nin və Belçika millisinin hücumçusu Romelu Lukaku 2026-cı ildə İtaliyanı tərk edib vətəninə qayıtmaq istəyir.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, təcrübəli hücumçu daha əvvəl karyerasını "Anderlext"də bitirmək istədiyini bildirmişdi.31 yaşlı forvard oğluna verdiyi sözə əməl etmək üçün 2026-cı il dünya çempionatından sonra Belçika klubuna qayıtmağı planlaşdırır.

Romelunun Neapol təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, peşəkar karyerasına “Anderlext”də başlayıb. Forvard “Çelsi”, “Vest Bromviç”, “Everton”, “Mançester Yunayted”, “İnter”, “Roma” klublarında da çıxış edib.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью