Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
“Vest Hem” klubu və Lukas Paketa İngiltərə Futbol Assosiasiyasına qarşı iddia qaldırmağa hazırlaşırlar.
İdman.biz bildirir ki, braziliyalının “Mançester Siti”yə transferi öz matçlarına mərc etmək ittihamları səbəbindən baş tutmayıb.
Lakin işə baxan müstəqil komissiya qərara gəlib ki, qanun pozuntusuna dair sübut yoxdur və araşdırma ciddi səhvlərlə aparılıb.
Buna baxmayaraq, nəticədə oyunçunun 85 milyon funt sterlinqlik transferi baş tutmayıb, klub və futbolçu maddi zərər görüb, üstəlik hər ikisinin reputasiyası zədələnib.
İndi “Vest Hem” və Paketa Assosiasiyadan itirdiklərini geri almaq istəyirlər.
İdman.biz Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.