Lukas Vaskes bu klubda

26.08.2025

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

"Real"ın keçmiş futbolçusu Lukas Vaskes karyerasını Almaniyada davam etdirəcək.

QOL.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

34 yaşlı oyunçu "Bayer"lə müqavilə imzalayacaq. Artıq tərəflər arasında razılıq əldə olunub. O, azad agent kimi Leverkuzen klubuna keçəcək. Futbolçu gizli şəkildə tibbi müayinədən keçib, müqavilə bu gün açıqlana bilər.

Futbolçu bu yay "Real"dan ayrılıb. O 2007-ci ildən Madrid təmsilçisinin heyətində 402 oyuna çıxıb. Bu müddət ərzində o, 23 titul qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью