Lukas Vaskes İtaliyanın iki nəhəng klubunun hədəfində

18.07.2025

Icma.az, Lent az portalına istinadən məlumat verir.

34 yaşlı Lukas Vaskes müqaviləsi başa çatdıqdan sonra "Real"la vidalaşıb. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hələlik ispaniyalı klubsuz qalıb və İtaliyada A Seriyasının iki nəhənginin Lukası öz heyətində görmək istəməsi ilə bağlı söz-söhbətlər yayılmağa başlayıb.

Söhbət “Yuventus” və “Milan”dan gedir. Hər ikisi sağ cinah müdafiəçisi axtarır və Lukas layiqli güc ola bilər.

Lukas Vaskesin karyerasında növbəti addımın nə olacağı tezliklə bilinəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью