Lukaşenko 16 nəfəri əfv etdi

02.07.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Belarus Prezidenti Aleksandr Lukaşenko müxtəlif cinayətlər, o cümlədən ekstremist cinayətlər törətmiş 16 nəfəri əfv edib.

Axar.az xəbər verir ki, bu barədə Lukaşenkonun mətbuat xidmətinə yaxın “Pul Pervoqo” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, əfv olunanların 8-i qadın, 8-i kişidir:

“Onlardan üçünün yaşı 50-dən yuxarı, ikisinin xroniki xəstəliyi var, biri isə əlildir. Daha 9 məhkumun azyaşlı uşaqları var. Əfv olunanların hamısı törətdikləri cinayətlərdən peşman olub və gələcəkdə qanunu pozmayacaqlarına söz verib”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью