Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-nin xüsusi elçisi Con Koul ilə danışıqlardan sonra 25 siyasi məhbusu azadlığa buraxıb.
“AzPolitika” xəbər verir ki, bu barədə Koul özü sosial mediada paylaşım edib.
"ABŞ və Belarus arasında münasibətləri yaxşılaşdırmağa davam edəcəyik və yaxın gələcəkdə daha çox insanın azadlığa buraxılması üçün çalışırıq. Hələ ki, işimiz bitməyib!", - deyə Koul sosial mediada yazıb.
Onun sözlərinə görə, azadlığa buraxılan bütün məhbuslar hazırda Litvadadır.
Prezident Donald Trampın xüsusi elçisi 15 sentyabrda Minskə gəlib. Lukaşenko ilə görüş zamanı o, ABŞ-nin iki Belarus şirkəti - “Lakokraska” və “Bellesbumprom”-a qarşı sanksiyalarının ləğvi müqabilində siyasi məhbusları azad etməyi təklif edib. O, həmçinin bildirib ki, ABŞ administrasiyası Belarus aktivlərinin dondurulmasını aradan qaldırmaq və onları geri qaytarmaq üçün “Citibank”-a müraciət edib. "Hazırda bunun üçün mexanizm hazırlayırıq. Bankdan konkret cavab alan kimi dərhal sizə məlumat verəcəyik", - deyə Koul bildirib.
Qeyd olunur ki, həbsdən azad edilənlər arasında “BelaPAN” agentliyinin keçmiş direktoru Dmitri Novojilov, jurnalistlər Andrey Aleksandrov və Kirill Poznyak, vəkil Anastasiya Lazarenko və digərləri var.
Koul ABŞ-nin artıq Belarusda 700-800 məhbusun azadlığa buraxılmasına nail olduğunu bildirib.
“AzPolitika.info”