Lukaşenko ABŞ ni daimi müharibə aparan ölkə adlandırıb

06.07.2026

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Dünyada daim hərbi əməliyyatlar aparan yeganə ölkə ABŞ-dır”.

525.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

O deyib ki, ən güclü və ən effektiv ordu döyüşən ordudur. Silahlı qüvvələri təkmilləşdirməyin bu üsulu Belarus üçün qəbuledilməzdir.

"Dünyada daim döyüşən yalnız bir ölkə var - ABŞ. Bizə bu lazım deyil, bu, bizə uyğun deyil. Buna görə də, biz sahib olduğumuz təcrübədən istifadə etməliyik”,- Lukaşenko deyib.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью