Lukaşenko ağcaqanad burnu girməyəcək seçki keçirmək istəyir | Icma.az
Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Belarus lideri Aleksandr Lukaşenko deyib ki, ölkədə 2025-ci il yanvarın 26-na təyin edilən prezident seçkiləri “ağcaqanadların burnu girməyəcək” səviyyədə keçirilməlidir.
Bizimyol.info xəbər verir ki, Lukaşenko bu barədə seçki məsələləri ilə bağlı iclasda deyib.
“Bizim vəzifəmiz seçki kampaniyasını yüksək səviyyədə, ilk növbədə təşkilati şəkildə aparmaqdır.
Dediyim kimi, bunu xalqımız üçün etdiyimiz edin, amma elə edin ki, ağcaqanad burnunu soxa bilməsin”, - deyə Belarus prezidentinə istinadən BELTA xəbər agentliyi yazıb.
O, vurğuladı ki, ilk növbədə, seçkilərin ölkə vətəndaşları üçün təşkil olunduğunu unutmamalıyıq.
“Biz Belarusda xalqımız üçün seçki kampaniyası aparırıq və xalqımızın maraqları ön planda olmalıdır.
Xaricdə kimin nə istədiyi vacib deyil", - deyə Belarus lideri vurğulayıb.
Tam oxu
Xəbəri oxu