Lukaşenko Azərbaycanın ilk dəfə MDB yə sədrlik etmək qərarını tarixi an adlandırıb

09.10.2026

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın 2028-ci ildə ilk dəfə MDB-yə sədrlik etmək qərarını tarixi hadisə adlandırıb. 525.az BELTA-ya istinadən xəbər verir ki, bu barədə Lukaşenko Türkmənistanda keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında deyib.

“Hörmətli Prezident İlham Əliyevin bu qərarı təşkilatımızın inkişafında yeni mərhələ olacaq. Bu, şübhəsiz ki, tarixi andır”, – Belarus lideri vurğulayıb.

Əlavə edib ki, Ermənistanın da ardıcıllıq prinsipinə uyğun olaraq, 2029-cu ildə bu şərəfli vəzifəni yerinə yetirmək barədə qərar qəbul edəcəyinə ümid edir.

Belarus Prezidenti, həmçinin Özbəkistanın 2027-ci ildə MDB-yə sədrlik etmək qərarına görə həmkarı Şavkat Mirziyoyevə təşəkkür edib: 

“Əminəm ki, özbək dostlarımız bu missiyanı həmişə olduğu kimi layiqincə yerinə yetirəcəklər”. 

Lukaşenko əmindir ki, ölkələrin hər biri MDB-nin fəaliyyətinə yeni təkan verəcək: “Belarus sizə maksimum dəstək göstərəcək və bütün proseslərdə fəal iştirak edəcək”.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью