Lukaşenko bayram hədiyyəsi istədi: Putin qəzəbləndi

21.01.2025

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Belarus Prezidenti Lukaşenko Rusiya Prezidenti Putindən “Oreşnik” istəyib. 

“Cebheinfo.az” xəbər verir ki,o, bunu prezidentlə telefon danışığı zamanı deyib. Lukaşenko Putindən bayram üçün məhz bu hədiyyəni istəyib: “Yaxın günlərdə "Oreşnik"i Belarusa gətirin”. 

Putin bildirib ki, raketlər planlaşdırıldığı zaman Belarusda olacaq. “Amma hazırda onları köçürmək mümkün deyil”, - Kremldəki mənbə bildirib.

“Putin bu xahişdən qəzəblənib və hesab edir ki, Lukaşenko sadəcə olaraq Rusiyanın hesabına özünü göstərmək” istəyib”,-deyə mətbuat yazır.

Yaxın zamanda, 26 yanvarda Lukaşenkonu seçkilər gözləyir. Düşünürəm ki, o, özünü göstərmək, Putinin onu necə silahlandırdığını nümayiş etdirmək istəyir. Yəni belə güclü liderlə Belarus bütün Avropa üçün təhlükə olacaq. Amma bu variant keməyəcək”, - deyə Kremldəki mənbə vurğulayıb.

Qeyd edək ki, “Oreşnik”-in Belarusda yerləşdirilməsi 2025-ci ilin ikinci yarısından tez olmayaraq planlaşdırılır. Eyni zamanda, bir çox hərbçilər bunun əleyhinədirlər. Onlar hesab edirlər ki, Lukaşenko belə nəhəng silahı aldıqdan sonra Moskvaya raket zərbəsi də daxil olmaqla, hər cür təxribata əl ata bilər.

Xəzər
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью