Lukaşenko: “Belarus müharibə istəmir”

09.12.2025

Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Heç kimi özümüzə düşmən və ya rəqib hesab etmirik”

“Belarus müharibə istəmir, müharibədən qaçmaq üçün müdafiəyə hazırlaşır”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının iclasında bildirib.

"Biz müharibə istəmirik, heç kimi özümüzə düşmən və ya rəqib hesab etmirik. Lakin biz müdafiəyə hazırlaşırıq ki, müharibə baş verməsin", - deyə Belarus lideri qeyd edib.

"Bu, min dəfə deyilib. Və biz bunu açıq və qətiyyətlə bildiririk. Bizim maraqlarımız çox sadədir. Onlar sərhədlərimizdən kənara çıxmır. Hər şey dövlətimizin daxilindədir", - deyə Lukaşenko əlavə edib.

Bir müddət əvvəl Təhlükəsizlik Şurasının iclasında Aleksandr Lukaşenko ölkənin müdafiəsinə yanaşmaların yenidən nəzərdən keçirilməsinin və yenilənməsinin vacibliyini vurğulayıb. O dünyada artan gərginliyə və Qərb dövlətlərinin artan militarizasiyasına işarə edərək qeyd edib ki, bu cür proseslər Minskdən ölkə ərazisini müdafiə etməyə hazır olduğunu nümayiş etdirməsini tələb edir. Onun sözlərinə görə, Belarus təcavüzkar məqsədlər güdmür, lakin mövcud beynəlxalq vəziyyətdə müdafiə tədbirlərinin gücləndirilməsini təmin etməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью