Lukaşenko: Belarus münaqişəyə cəlb olunarsa, müharibənin xarakteri dəyişəcək

26.06.2026

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkəsi münaqişəyə cəlb ediləcəyi təqdirdə müharibənin xarakteri dərhal dəyişəcək.

Bizimyol.info xəbər verir ki, o, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyovla görüşü zamanı danışıb.

Lukaşenkonun sözlərinə görə, o, daha əvvəl Ukrayna Prezidenti Vladimir Zelenskinin nümayəndələrinə: "Onlara dedim ki, bunu prezidentinizə çatdırın: əgər o, bizimlə bu cür danışmağın və üstəlik, bizi müharibəyə cəlb etməyin mümkün olduğunu düşünürsə, anlamalıdır ki, bu halda müharibənin xarakteri dərhal dəyişəcək", - deyə xəbərdarlıq etdiyini bildirib.

Belarus lideri vurğulayıb ki, bu, "tamamilə fərqli müharibə" olacaq.

Lukaşenkonun sözlərinə görə, Zelenski bu bəyanata cavab verib. O əlavə edib ki, Kiyev Belarusun münaqişəyə cəlb edilməsinin yolverilməz olduğunu anlayır.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью