Lukaşenko Belarus ordusunun yoxlanmasını əmr etdi

16.01.2026

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Belarus Silahlı Qüvvələrində gözlənilməz, genişmiqyaslı yoxlama başlayıb.

"Unikal" Belta-ya istinadən xəbər verir ki, müvafiq əmri Respublika Prezidenti Aleksandr Lukaşenko verib.

"Belarusda Lukaşenkonun göstərişi ilə orduda gözlənilməz genişmiqyaslı yoxlama başlayıb. Hərbi yoxlama hərtərəfli və bir neçə mərhələdən ibarət olacaq", - agentlik yazıb. 

Yoxlama tədbirləri elan olunmayacaq.

Gülayə Mecid 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью