Lukaşenko: Belarus təcrübəsini bölüşməyə hazırdır

12.11.2024

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

Belarus iqlim vəziyyətinin yaxşılaşdırılması üçün bütün öhdəlikləri yerinə yetirir.

Bakupost.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda keçirilən COP29 iqlim konfransında çıxışı zamanı deyib.

"Milli iqtisadiyyatları, xüsusilə kənd təsərrüfatını dəyişən iqlim şəraitinə uyğun yenidən qurmaq lazımdır. Belarus bu işlə fəal məşğul olur və təcrübəsini bölüşməyə hazırdır", - o qeyd edib.

A.Lukaşenko, həmçinin vurğulayıb ki, inkişaf etməkdə olan ölkələrin dövlət təhlükəsizliyinə xələl gətirmədən "yaşıl texnologiya”lara çıxışına kömək etmək vacibdir.

Belarus Prezidenti qeyd edib ki, ötən ilki iqlim sammitindən sonra vəziyyət yalnız pisləşib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью