Lukaşenko: Belarus Ukrayna sərhədində sərhədçiləri silahlandırmaq məcburiyyətindədir

09.12.2025

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna ilə sərhəddə vəziyyətin az-çox sabitləşdiyini, lakin hələ də çoxlu problem olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, onun sözlərinə görə, ölkə postlar tikməyə və sərhədçiləri silahlandırmağa məcburdur.

"Belarus-Ukrayna sərhədində vəziyyət az-çox sabitləşib. Baxmayaraq ki, orada çoxlu problem var", - deyə "BelTA" xəbər agentliyi prezidentin çıxışından sitat gətirərək yazıb.

Lukaşenkoya görə, "Ukrayna tərəfində tərk edilmiş sərhədin tikintisi, postların tikintisi və sərhədçilərin silahlandırılması da daxil olmaqla, səfərbərlik yolu ilə həll edilməli olan bir çox məsələ qalır".

O əlavə edib ki, "silahlı qüvvələr sərhədçilərin arxasında ikinci cərgədə yerləşdirilməlidir". "Əlbəttə ki, bu, təkcə diqqətimizi yayındırmır, həm də müəyyən resurslar cəlb edir", - deyə Belarus lideri bildirib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью