Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsi ilə Rusiya arasında sərbəst hərəkət haqqında sazişə dəyişikliklərin edilməsini təsdiqləyib.
Redaktor.az xəbər verir ki, bu barədə məlumat Belarus Respublikasının hüquqi aktlarının rəsmi dərc portalında yer alıb.
Ukrara görə, sənəd 24 yanvar 2006-cı ildə imzalanmış “Belarus Respublikası və Rusiya Federasiyası vətəndaşlarının sərbəst hərəkət, yaşayış və qalma yeri seçimi üzrə bərabər hüquqlarının təmin edilməsi haqqında” sazişə dəyişiklikləri nəzərdə tutur.
Dövlət başçısı ölkənin Daxili İşlər Nazirliyinə yeni protokol layihəsinin hazırlanmasını tapşırıb. Qeyd olunub ki, sənədə ediləcək dəyişikliklər mövcud sazişin əsas prinsiplərinə təsir göstərməyəcək.
Aytəkin TOFİQQIZI