Lukaşenko: Belarus və Rusiya Avropaya hücum etmək niyyətində deyil

28.10.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Belarus və Rusiyanın Avropa ölkələrinə qarşı heç bir aqressiv niyyəti yoxdur. Minsk və Moskvaya gərginliyin artması lazım deyil". 

Bakıvaxtı.az "BELTA"ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

O, bildirib ki, Minsk və Moskva son vaxtlar müxtəlif Avropa ölkələrinə hücum etmək niyyətində ittiham olunurlar. Bu, tamamilə cəfəngiyatdır. 

"Bizə Avropa, Paris və ya London lazım deyil. Bizə hətta Litva, Polşa,  Vilnüs və ya Varşava da lazım deyil. Belarusda "Oreşnik" raket sisteminin yerləşdirilməsi Avropa ölkələrinin hərəkətlərinə cavabdır və aqressiv addım sayıla bilməz", - deyə Belarus prezidenti vurğulayıb.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью