Lukaşenko Belarus xalqını hökumətə dua etməyə çağırıb

01.07.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Belarus Prezidenti Aleksandr Lukaşenko vilayətlərin yeni rəhbərlərini ölkədəki "hərbi vəziyyət"lə əlaqədar ciddi nizam-intizamı qorumağa çağırıb.

Oxu.Az "Kommersant" nəşrinə istinadla xəbər verir ki, o, Belarusun hələ də silahlı münaqişələrdə iştirak etmədiyinə görə xalqın hökumətə təşəkkür etməli olduğunu vurğulayıb:

"Eşidin, kişilər, bu gün hərbi vəziyyətdir. Xalq bu hökumətə dua etməlidir ki, biz hələ də birtəhər dayanırıq".

O qeyd edib ki, ölkə ətrafında ciddi xarici təhlükələr var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью