Lukaşenko Belarusa hücum olarsa, dərhal cavab verəcəyini vəd edib

10.12.2024

Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Rəqiblər Belarusun dövlət sərhədini keçərsə, Minsk dərhal cavab verəcək”.

Missiya.Az “BelTA”ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Mən bütün düşmənlərimə, dostlarıma və rəqiblərimə xəbərdarlıq etdim. Bizim dövlət sərhədi xəttinə addım atsanız, cavab dərhal olacaq. Mən nüvə silahlarına və ya başqa bir şeyə baxmayacağam”, - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, Minsk və Moskva bu barədə hələ Belarusda nüvə silahı yerləşdirilməzdən əvvəl razılaşıblar.

Lukaşenko həmçinin nüvə silahından istifadənin böyük məsuliyyət olduğunu bildirib və 1945-ci ildə Xirosima və Naqasakinin bombalanmasından sonra heç kimin ondan istifadə etmədiyini xatırladıb.


Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью