Lukaşenko Belarusda hərbi səfərbərliyə ehtiyac olduğunu açıqlayıb

31.07.2025

Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Belarusun hərbi səfərbərliyə ehtiyacı var”.

Missiya.Az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

"Biz təkcə müharibə və hərbi əməliyyatlar zamanı deyil, həm də sülh dövründə səfərbər olmalıyıq. Nəzərə alın ki, biz sülh dövründə, hərbi səfərbərliyə ehtiyac duyulan vaxtda yaşayırıq", - deyə siyasətçi vurğulayıb.

Lukaşenko qeyd edib ki, 2025 və 2026-cı illər çətin olacaq. 

Onun sözlərinə görə, təzyiqlər və tələblər artacaq və bu, təkcə diplomatlara deyil, bütün hökumətə təsir edəcək. 

Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью