Lukaşenko: Belarusun nüvə silahı var

10.12.2024

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


"Belarusun nüvə silahı var".
BELTA xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
"Mən bura nüvə başlıqları gətirdim: bir deyil, on ədəd", - o vurğulayıb.
A.Lukaşenko bu bəyanatı nüvə silahı olmayan, lakin böyük gücə malik olan Rusiyanın "Oreşnik" raket kompleksinin Belarusda yerləşdirilməsi planları ilə bağlı suala cavab verərkən səsləndirib.
"Nüvə silahından istifadə etmək böyük məsuliyyətdir. Ən azı Xirosima və Naqasakidən sonra heç kim nüvə silahının düyməsini sıxmayıb. Mən bütün düşmənlərimi, "dostlarımı" və rəqiblərimi xəbərdar etdim: əgər dövlət sərhədi xəttinə addım atsanız, cavab dərhal veriləcək. Mən baxmayacağam - nüvə silahıdır, yoxsa başqa bir şey", - Prezident bildirib.
O qeyd edib ki, ölkədə "Oreşnik" kompleksinin yerləşdirilməsi üçün otuz meydança var(Report).

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью