Lukaşenko Bişkekdə Putinlə görüşməyi planlaşdırır

26.11.2025

Operativ MM saytına istinadən Icma.az xəbər verir.

Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-nin Bişkek sammitində  iştirak etməyi və burada rusiyalı həmkarı Vladimir Putinlə görüşməyi planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə Belarus Prezident administrasiyasının Teleqram kanalı məlumat yayıb.

Teleqram kanalının məlumatına görə, Lukaşenko noyabrın 26-da Bişkekə gedəcək.

"Noyabrın 27-də Bişkekdə keçiriləcək sammitdə liderlər KTMT-nin sessiyalararası dövrdə fəaliyyətini yekunlaşdıracaq, beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə edəcəklər. Aleksandr Lukaşenko ilə Rusiya Prezidenti Vladimir Putinin Bişkekdə də ikitərəfli görüşü planlaşdırılır", - məlumatda deyilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью