Lukaşenko: “Biz müharibə yox, sülh istəyirik”

15.08.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Sülhü təmin etmək üçün əlimizdən gələni edəcəyik. Biz müharibə istəmirik”.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko "BelTA" agentliyinə açıqlamsında deyib.

O bildirib ki, ölkəsi müharibə istəmir və sülhü təmin etmək üçün əlindən gələni edəcək:

“Biz müharibə yox, sülh istəyirik. Niyə? Çünki Belarus hamımızın ortaq evidir. Burada müxtəlif millətlərin və dinlərin nümayəndələri yaşayır və onlar harmoniya içində ömür sürürlər.

Ətrafımızda baş verənlərə – dini və etnik qarşıdurmalara baxın. Bunu düşünmək belə dəhşətlidir. Bizdə isə sülh hökm sürür. Bu, təkcə mənim zəhmətimin nəticəsi deyil, ətrafımız alov içində olduğu bir vaxtda insanların bu torpaqda dinc yaşamalarını təmin etməkdə hamınızın rolu olub".

Lukaşenko əlavə edib ki, əgər belaruslular "başqasına məxsus olanı götürüb ciblərinə qoymaq"dan çəkinsələr və bunun əvəzinə işləməyə və ölkəni gücləndirməyə davam etsələr, "sülh içində yaşayarlar".O, həmçinin vurğuladı ki, iqtisadiyyat Belarus üçün əsas sahədir.

Əhməd
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью