Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 8 iyun, AZƏRTAC
Belarus Prezidenti Aleksandr Lukaşenko Çinin Vitse-prezidenti Han Çjen ilə görüşündə Pekinin Belarusa ən etibarlı dost və tərəfdaş kimi güvənə biləcəyini bildirib.
AZƏRTAC Belarusun Belta informasiya agentliyinə istinadla xəbər verir ki, Lukaşenko Belarus ilə Çin arasında münasibətlərin son onilliklərdə dinamik inkişaf etdiyini vurğulayaraq, siyasi əlaqələrin ticarət-iqtisadi əməkdaşlığın genişlənməsinə təkan verdiyini qeyd edib.
Onun sözlərinə görə, Belarus Çinlə münasibətlərin inkişafına xüsusi önəm verir.