Lukaşenko Çinə səfərini davam etdirir

30.06.2026

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Belarus Prezidenti Aleksandr Lukaşenko iyunun 30-da Çinə işgüzar səfəri çərçivəsində Pekin Universitetini ziyarət edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidmətinə yaxın olan "Pul pervogo" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, proqrama universitet rəhbərliyi ilə görüş və gələcək birgə fəaliyyətin müzakirəsi daxildir.

Kanalın məlumatına əsasən, son illərdə Pekin Universiteti ilə Belarus Dövlət Universiteti arasındakı əməkdaşlıg, təhsil və elm sahəsində Belarus-Çin tərəfdaşlığının ən uğurlu nümunələrindən birinə çevrilib.

Məryəm Quliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью