Lukaşenko dəhşətli ssenarini AÇDI: “Üçüncü Dünya və nüvə müharibəsi başlayacaqdı, amma” KONKRET

05.03.2025

Icma.az, Konkret.az saytına istinadən bildirir.

“Əgər Bayden yenidən prezident seçilsəydi, III Dünya Müharibəsi başlayacaqdı”.

KONKRET.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Onun sözlərinə görə, hətta dünya nüvə qarşıdurmasına yaxınlaşa bilərdi. Lakin Donald Trampın seçkilərdə qələbəsi bu ssenaridən yayınmağa imkan verdi.

“Bunu təsəvvür etmək mənim üçün çətindir.Amma mənə elə gəlir ki, biz nüvə qarşıdurmasına, Üçüncü Dünya Müharibəsinə çox yaxın idik. Ən azı hələlik Trampın seçilməsi bu ekstremal ssenaridən bizi yayındırıb. Tramp təbiətcə güclü insandır. O, sülhlə bağlı əsas vədlərini yerinə yetirir”, – Belarus prezidenti vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью