Lukaşenko: Dünya üçüncü dünya müharibəsi astanasındadır

22.11.2024

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, dünya üçüncü dünya müharibəsi astanasındadır.

Bizimyol.info xəbər verir ki, bunu Lukaşenko humanitar elmlər üzrə bir sıra universitetlərin tələbələri ilə görüşündə deyib.

“Biz son vaxtlar çox danışırıq ki, Allah eləməsin, üçüncü dünya müharibəsi başlamasın, sadəcə olaraq bu dəhşətli hadisə ərəfəsindəyik. Amma şükür Allaha, bəşəriyyət nədənsə hələ də ləngiyir və hələ bu üçüncü dünya müharibəsinə qərq olmayıb”, - deyə Belarus prezidenti qeyd edib. Onun tədbirdəki çıxışından bu hissə Birinci İnformasiya Kanalı tərəfindən yayımlanıb.

Eyni zamanda, prezident uzun müddətdir ki, əsl informasiya müharibəsinin getdiyini vurğulayıb. “Əslində informasiya müharibəsi gedir və bu, dəqiqdir”, - deyə prezident bildirib. Onun fikrincə, dünyanı informasiya idarə edir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью