Lukaşenko: Gələcək prezidentlər də Rusiyadan uzaqlaşmayacaq

16.02.2026

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Belarus Prezidenti Aleksandr Lukaşenko hesab edir ki, ölkəsinin gələcək liderləri, onun kimi, Rusiyayla ittifaq münasibətlərini dəstəkləyəcəklər.

Bizimyol.info xəbər verir ki, bu barədə "BelTA" prezidentin çıxışına istinadən məlumat verib.

"Belarusda gələcəkdəki prezidentlərin kim olacağını bilmirəm, amma getdikcə daha çox düşünürəm ki, onlar Lukaşenko kimi olacaq. Rusiyadan uzaqlaşmayacaqlar", - deyə Lukaşenko bildirib. O, əlavə edib ki, "ən vacibi odur ki, Rusiya Belarusu lazım olan anda dəstəkləsin və inşallah, heç vaxt Belarusdan üz döndərməsin". "Bizi Rusiyadan ayırmaq... Dinləyin, biz bir yerdə qalmışıq. Bir yerdə Putinlə - Belarus və Rusiya", - deyə Belarus lideri qeyd edib.

Lukaşenko, həmçinin, Donalt Trampın təşəbbüsü ilə təşkil olunacaq Sülh Şurası çərçivəsində keçiriləcək ilk görüşə qatılmaq istəyən bəzi Orta Asiya ölkələrindən söz açıb. "Allah onların yardımçısı olsun. Onlar müstəqil, suveren dövlətlərdir. Mən və Putin bunu qəbul edirik və onlar öz siyasətlərini müəyyən etmək hüququna malikdirlər. Rusiya ilə bağlı isə mən tam əminəm: bu dövlətlər heç yerə getməyəcəklər – bizdən, Rusiyadan uzaqlaşmayacaqlar. Biz bunu görürük və Allaha şükür", - deyə Lukaşenko bildirib. Həmçinin, Lukaşenko qeyd edib ki, "çinlilər heç vaxt Rusiyaya qarşı çıxmayacaqlar, Rusiyanın maraqları ilə ziddiyyət təşkil etməyəcəklər". "Mən Çin rəhbərliyini və Si Tsinpinqini 20 ildən çoxdur tanıyıram. O, sakit bir insandır, ağıllıdır. Həm də çinlilər çox ehtiyatlı insanlardır", - deyə Belarus prezidenti əlavə edib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью